Şeron Stoun məşhurluğun mənfi tərəflərini açıqladı

Şeron Stoun məşhurluğun mənfi tərəflərini açıqladı
548 dəfə oxunub
  • A-
  • A
  • A+

65 yaşlı Hollivud ulduzu Şeron Stoun məşhurluğun xoşagəlməz tərəflərini açıqlayıb.

Axşam.az xəbər verir ki, aktrisa bu barədə "İnStyle" jurnalına müsahibəsində danışıb:

"Məşhur olmaq o deməkdir ki, artıq müntəzəm reyslərlə uçmaq mümkün olmayacaq. Bununla yanaşı, dəbli görünmək üçün vizajistlər, stilistlər və təhlükəsizlik üçün cangüdənlər işə götürməlisən. İndi ən azından insanlar başa düşürlər ki, Cennifer Lourens sadəcə adi bir təyyarəyə minə bilməz. Şeron Stoun da çəkildiyi filmlərin sayından aslı olmayaraq bunu edə bilməz. Məni hətta Amazon meşələrində də tanıyırlar.

Məşhur olmaq çox baha başa gəlir. Yeməyə gedirsən və masada 15 nəfər varsa, məbləği sən ödəyirsən. Hər dəfə üç min dollarlıq nahar hesabı gəlir".