Moskvada aktyor görünüşünə görə döyüldü

Moskvada aktyor görünüşünə görə döyüldü
986 dəfə oxunub
  • A-
  • A
  • A+

Moskvada rusiyalı aktyor və model Andrey Pakalov xarici görünüşünə görə döyülüb.

Axşam.az rus mətbuatına istinadən xəbər verir ki, sənətçi canavar, tülkü və qunduz xəzindən hazırlanmış şubası ilə yaşadığı yerin qarşısında siqaret çəkməyə çıxıb. Pakalovun xarici görkəmini bəyənməyən şəxs yanından keçərkən onu LGBT fəalı ilə səhv salıb və onun ünvanına nalayiq sözlər deyib. Daha sonra naməlum şəxs başı ilə aktyorun üzünə zərbə endirib. 

Pakalov klinikaya müraciət edib və ona beyin silkələnməsi, burnunun əzilməsi, ön dişlərinin qırılmas diaqnozu qoyulub. Araşdırma zamanı polis müəyyən edib ki, aktyorla dava etdikdən sonra kişi binada növbəti qalmaqal yaradıb və vətəndaşlardan birinin telefonunu sındırıb.