Xəbər verdiyimiz kimi, məşhur menecer və "Best Model Of Turkey"in yaradıcısı Erkan Özərman vəfat edib.
Axşam.az-ın məlumatına görə, mərhum ötən gün dəfn olunub. Özərmanın məşhurluq qazandırdığı Kıvanç Tatlıtuğ, Kənan İmirzalıoğlu, Burak Özçivit, Berk Oktay, Tolqahan Sayışman və Deniz Akkaya kimi adlar dəfn mərasiminə qatılmayıb. Bu isə tənqid edilib.
Qeyd edək ki, E.Özərman Azərbaycanda da gözəllik yarışmaları keçirmişdi. Özərman bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
