Xərçəngdən əziyyət çəkən türkiyəli müğənni Şimal səhhəti ilə bağlı paylaşım edib.
Axşam.az xəbər verir ki, ifaçı artıq saçlarının töküldüyünü açıqlayıb.
"Sizi kədərləndirmək istəməzdim, amma göz yaşlarımı tuta bilmirəm. Ən pis dövrdən keçirəm. Şüa müalicəsindən sonra əlimi hər atdığımda bir bu qədər saç tökülür. Allahım, ya səbr ver, ya şəfa" deyə, Şimal yazıb.
Qeyd edək ki, 2 il əvvəl Şimalda süd vəzi xərçəngi aşkarlanıb. Uzun müddət müalicə alan ifaçı sağaldığını demişdi. Bir müddət əvvəl onun beynində şiş aşkarlanıb.
