III Çarlzın xərçəng xəstəliyinə tutulması xəbəri təkcə Britaniya ictimaiyyətini deyil, kralın yaxın qohumlarını da şoka salıb.
Axşam.az xəbər verir ki, Şahzadə Harri atasının diaqnozunu öyrənərək dərhal Londona uçub. Los-Ancelesdən Londona səyahət Sasseksə təxminən 10 saat yarıma başa gəlib. Amma çoxdan gözlənilən görüş cəmi 30 dəqiqə çəkib.
İnsayderlər bildirirlər ki, onlar bu 30 dəqiqəlik görüşü telefonla danışaraq edə bilərdilər. Onun bunun üçün 100 saatlıq yolu gəlməsi təəccüb doğurub.
Harrinin özü malikanədə Çarlzla bir neçə gün keçirməyə ümid edib. Lakin şahzadə gələndə Kalın köməkçiləri ona yalnız monarxın London iqamətgahı olan "Clarence House"a baş çəkməyə icazə veriblər. Eyni zamanda ona gecələmək üçün otel otağı tapmağı məsləhət görüblər. Beləliklə, onlar şahzadənin padşahla ürəkdən söhbət etmək imkanını sözün əsl mənasında əngəlləyiblər.