Bu yaxınlarda ABŞ-dən Rusiyaya qayıdan müğənni Yeqor Kridin səhhətində problem yaranıb.
Axşam.az xəbər verir ki, bu barədə sənətçi özü məlumat yayıb. Baş gicəllənməsindən şikayət edən müğənni beyin və qan damarlarını MRT (Maqnit rezonans tomoqrafiya) etdirib. İfaçı bildirib ki, həkimlər ona serebral hipoksiya diaqnozu qoyub:
"Mənə dedilər ki, boyunda hər iki tərəfdə iki damar var və onlar qanı beyinə vurur. Mənim sol tərəfimdəki damarım isə əyilib, problem var. Ya osteoxondrozdan, ya başqa bir şeydən. Qan beyinə qeyri-bərabər çatır. Buna görə də oksigen çatışmazlığı yaranır və başgicəllənmələrim olur".
Müğənni hazırda müalicə aldığını bildirib.