Onlar da "Avroviziya"yada səhnəyə çıxacaq

Onlar da "Avroviziya"yada səhnəyə çıxacaq
261 dəfə oxunub
  • A-
  • A
  • A+

Daha 3 ölkə "Avroviziya 2024"ə göndərəcəyi adların kimliyini açıqlayıb. 

Axşam.az xəbər verir ki, Moldovanı yarışda Natalia Barbu "In The Middle" adlı mahnı ilə təmsil edəcək.

Bundan başqa, Estoniya da müsabiqəyə göndərəcəyi adı təqdim edib. Belə ki, "5miinust & Puuluup" qrupu "(Nendest) narkootikumidest ei tea me (küll) midagi" mahnısı ilə səhnəyə çıxacaq.

Litva isə müsabiqədə ölkəni təmsil etmək üçün Silvestr Belt adlı ifaçını seçib. O, səhnədə "Luktelk" adlı mahnını ifa edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.