“Karib dənizinin quldurları” filmindəki “Gibbs” obrazı ilə tanınan aktyor Kevin MakNalli həbs olunub.
Axşam.az xəbər verir ki, 67 yaşlı aktyor məişət zorakılığında ittiham olunub.
Belə ki, o, adı açıqlanmayan qadına xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılıb.
Kevin 40 min funt-sterlinq müqabilində zaminə buraxılıb.
Qeyd edək ki, aktyor Fillis Loqanla 2011-ci ildən evlidir. Onların Devid adlı bir oğlu var. Kevinin ümumilikdə 3 övladı var.
