O da seçildi

O da seçildi
507 dəfə oxunub
  • A-
  • A
  • A+

"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub. 

Axşam.az xəbər verir ki, Polşa yarışmaya göndərəcəyi iştirakçının adını açıqlayıb.

Luna adlı müğənni ölkəsini müsabiqədə "The Tower" adlı mahnı ilə təmsil edəcək.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.