Rusiyalı aktyor saxlanıldı

Rusiyalı aktyor saxlanıldı
398 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya polisi “Qromovlar” və “Millətlər atasının oğlu” serialları ilə tanınan aktyor Vasili Prokopyevin üzərindən narkotik tapıb.

Axşam.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Sənətçi Moskvanın Belorusski dəmir yolu vağzalında sərxoş vəziyyətdə saxlanılıb. Axtarış zamanı aktyorun üzərindən içində 0,11 qram ağırlığında naməlum maddə olan plastik torba tapılıb.

Maddənin müayinəsi onun mefedron törəməsi olduğunu göstərib. Prokopyevin narkotikləri haradan və hansı məqsədlə alması ilə bağlı məlumat verilməyib.