Türkiyəli müğənni Rafet El Roman son illər TikTok platformasında açdığı yayımlara görə müzakirə olunan həmkarı Sərdar Ortaçdan danışıb.
Axşam.az xəbər veroir ki, ifaçı Sərdara sosial mediadan istifadə etməməyi məsləhət görüb.
"Xoş deyil, hamımız ona pis oluruq. Öz aramızda Sərdarın vəziyyətini dəyərləndiririk. Onu da anlayırıq, çətin bir dövrdən keçir. Keçmiş olsun, ciddi xəstəliyi var. Üstünə psixoloji problemlər də əlavə olunanda bəzən insanlar daha çox səhvlər buraxır. Ona tövsiyə edirəm ki, sosial mediadan, xüsusən də canlı yayımdan uzaq dursun. Onu sevirik. 90-cı illərin yaşayan əfsanəsədir" deyə, Rafet bildirib.
Qeyd edək ki, Sərdar sonuncu dəfə canlı yayımda müğənni Tarkanı təhqir etmişdi.