Model Meqan Foksun nişanlısı, müğənni Qan Kelli ilk dəfə övladlarını itirdiklərindən danışıb.
Axşam.az xəbər verir ki, model ötən ilin noyabrında dördüncü övladının olacağını açıqlasa da bu, baş verməyib. İfaçı qızlarının itkisinin ağır olduğunu deyib.
O, "Don't Let Me Go" adlı yeni mahnısında Meqanla yaşadıqları bu itkiyə toxunub.
“Mən necə yaşaya bilərəm ki, uşağı itirəndə əlim onun qarnında deyildi” deyə, mahnının sözlərində yer alıb.