Dünya şöhrətli amerikalı müğənni Beyons “Texas Hold 'Em" mahnısı ilə "Billboard"da birinci yeri tutub.
Axşam.az xəbər verir ki, trek "Hot Country Songs" cədvəlində birinci "16 Carriages" isə 9-cu sıradadır. "Deadline"nın məlumatına görə, hər iki mahnı da "Billboard Hot 100" siyahısında müvafiq olaraq 2 və 38-ci yerlərdə debüt edib.
Bununla da Beyons bu həftə həm "Hot Country Songs", həm də "Hot R&B/Hip-Hop" siyahılarında mahnıları ilə birinci olan ilk qaradərili qadın olub.
Ümumilikdə, müğənni səkkiz dəfə "Billboard Hot 100"də ilk sırada yer alıb.