Türkiyəli aktyor Murad Ünalmış ata olacaq.
Axşam.az xəbər verir ki, aktyrun bolqarıstanlı həyat yoldaşı Albena İlieva hamilədir. Cütlüyün oğlu olacaq.
Xanımını ad günü münasibəti ilə təbrik edən Murad "Yaxşı ki, dünyaya gəlmisən, eşqim, həyatımın mənası, oğlumun anası. Səni çox sevirəm" deyə, bildirib.
Qeyd edək ki, cütlük ötən il nikah masasına əyləşib. Aktyor sonuncu dəfə "Gülcemal" serialında rol alıb.

