Alla Puqaçova Rusiyadakı pərəstişkarlarını sevindirəcək

Alla Puqaçova Rusiyadakı pərəstişkarlarını sevindirəcək
418 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyanın Xalq artisti Alla Puqaçovanın “P.S.” adlı yeni albomunun premyera tarixini açıqlayıb. 

Axşam.az xəbər verir ki, müğənninin səs prodüseri Anatoli Lopatin “Shot” teleqram kanalına bununla bağlı açıqlama verib. O bildirib ki, albom martın 1-də işıq üzü görəcək və ifaçı klassik mahnılarının canlı versiyalarını sevənlərinin ixtiyarına verəcək.

Treklər hələ 2019-cu ildə müğənninin 70 illik yubileyinə həsr olunmuş Kremldə keçirilən solo konsertində qeydə alınıb. Ümumilikdə, sənətçinin pərəstişkarlarını 20 kompozisiya, o cümlədən "Мой друг", "На землю выпала роса", "Соловушка" kimi klassik mahnıları gözləyir. 

Puqaçovanın Rusiyanı tərk etməzdən əvvəl yazdırdığı 3 yeni mahnı isə diskdə yer alamayacaq.