"Kurtlar Vadisi"ndə Polat Alemdar obrazını canlandıran aktyor Necati Şaşmazın Bolu bölgəsindəki taxta fabrikində yanğın baş verib.
Axşam.az xəbər verir ki, fabrikin istehsal sahəsindən kənarda olan bölgədə apilkada yanğın olub. Yanan taxta qırıntıları nəticəsində partlayış baş verib.
Əraziyə gələn yanğınsöndürənlər təhlükənin qarşısını tez bir zamanda alıb.
Bildirilib ki, hadisədə xəsarət alan olmayıb.
