Türkiyəli aktrisa Nilsu Berfin Aktaşla reper sevgilisi Hakan Aydın şəxsi həyatı ilə gündəmə gəliblər.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bir neçə gün öncə eşq yaşamağa başlayan cütlük münasibətini sonlandırıb.
Ayrılığın səbəbi isə hələlik məlum deyil.
Qeyd edək ki, Nilsu "Korkma ben yanındayım" serialında rol alır.