"Avroviziya 2024"ün daha bir iştirakçısının adı bəlli olub.
Axşam.az xəbər verir ki, Xorvatiya yarışmaya göndərəcəyi iştirakçının adını açıqlayıb.
Baby Lasagna adlı müğənni ölkəsini müsabiqədə "Rim tim tagi dim" adlı mahnı ilə təmsil edəcək.
Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.