Xəstəlikdən əziyyət çəkən aktyor vəfat etdi

Xəstəlikdən əziyyət çəkən aktyor vəfat etdi
617 dəfə oxunub
  • A-
  • A
  • A+

"Ulduz Yolu: Kəşf" və "Kapitan Marvel"in aktyoru Kennet Mitçel vəfat edib.

Axşam.az xəbər verir ki, kanadalı aktyor uzun sürən xəstəlikdən sonra 49 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, Kennet beş ildən çoxdur mərkəzi sinir sisteminin xroniki degenerativ xəstəliyi olan yan amiotrofik sklerozdan əziyyət çəkirdi. Onun iki övladı var.

Aktyorluq karyerası ərzində o, 60-a yaxın film və serialda rol alıb.