"Fənərləri sınmış küçələr" filminin aktyoru Ernst Romanov vəfat edib.
Axşam.az xəbər verir ki, aktyor Sankt-Peterburqda 87 yaşında dünyasını dəyişib.
Qeyd edək ki, Romanov Rostov-na-Donu, Ryazan, Estoniya, Latviya, Leninqrad Komsomol teatrlarında çalışıb.
Romanov ilk dəfə 1950-ci illərdə filmlərdə rol almağa başlayıb. O, karyerası ərzində 210-dan çox rol oynayıb. Buraya “Milli Təhlükəsizlik Agenti”, “Ölümcül qüvvət” kimi ekran işləri daxildir.
Sənətçi teatrda sonuncu, 136-cı dəfə “Albalı bağından küknar” əsərində obraz canlandırıb.