Bu ölkə rusiyalı məşhurlara sanksiya tətbiq etdi

Bu ölkə rusiyalı məşhurlara sanksiya tətbiq etdi
479 dəfə oxunub
  • A-
  • A
  • A+

Avstraliya daha 55 rusiyalı və 37 rus təşkilatına qarşı sanksiyalar tətbiq edib.

Axşam.az xəbər verir ki, bu barədə Avstraliya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Yeni sanksiyalar Rusiyanın müvəqqəti nəzarəti altında olan bölgələrdən ukraynalı uşaqların deportasiyasında iştirak edənlərlə bağlıdır.

Siyahıda müğənnilər Filipp Kirkorov, Oleq Qazmanov, Nikolay Rastorquev, Nikolay Baskov, VGTRK rəhbəri Oleq Dobrodeyev, “Qazprom-Media” Əyləncə Televiziyasının rəhbəri Tina Kandelaki, teleaparıcı Artem Şeinin də var.