Müğənni Teylor Sviftin atası jurnalistə hücum etməkdə günahlandırılıb.
Axşam.az xəbər verir ki, ifaçının atası Skott Sviftdən şikayətçi olan şəxs fotoqraf Ben Makdonalddır.
Hadisə Teylorun son konsertinin keçirildiyi Avstraliyada baş verib. 51 yaşlı fotoqrafın dediyinə görə, 71 yaşlı Skott onun üzünə zərbə endirib.
Taylorun mətbuat xidməti isə bildirib ki, paparatsilər aqressiv davranıblar:
“İki şəxs aqressiv şəkildə Taylora doğru irəliləyərək onun təhlükəsizlik işçilərini tutub və qadın işçini suya atmaqla hədələyib”.
Ben ittihamları inkar edib və orada Teylorun özündən başqa, ümumiyyətlə, qadın olmadığını deyib.
Media, kadrlardan birində Skottun qızını təqib edən fotoqraflara qeyri-etik əl işarələri göstərərkən görüntülənib.