Ferdi Akarnur tərəfindən təcavüzə uğradığını açıqladı

Ferdi Akarnur tərəfindən təcavüzə uğradığını açıqladı
1908 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli aktrisa Selen Görgüzel son açıqlaması ilə diqqət çəkib.

Axşam.az xəbər verir ki, aktrisa 2009-cu ildə "TRT 1"də yayımlanan "Zoraki başkan" serialının rejissoru Nihat Özcan və aktyor Ferdi Akarnur tərəfindən fiziki təzyiqlərə, təcavüzə məruz qaldığını etiraf edib.

Selen məsələ ilə bağlı başlatdığı məhkəmə prosesinin yekunlaşdığını deyib.

"Çox ağır bir şey yaşadım. Bu, 2009-cu ildə çəkildiyim serialda həm rejissor, həm də aktyor tərəfindən baş vermişdi. Çox qorxulu bir şey idi. Fiziki zorakılığa məruz qaldım. Onları məhkəməyə verdim və qalib gəldim. Sonra o serial dayandırıldı" deyə, Selen "Ece Erken ve Işıl Donat ile mevzu gündem" proqramına açıqlamasında vurğulayıb.

Selen daha əvvəlki açıqlamalarında spirtli içki içməyə məcbur edildiyini və F.Akarnur tərəfindən təcavüzə uğradığını söyləmişdi.