Ebru Gündəş iş adamı ilə bu gün ailə qurdu

Ebru Gündəş iş adamı ilə bu gün ailə qurdu
2597 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Ebru Gündəş dördüncü dəfə ailə həyatı qurub.

Axşam.az-ın "Hürriyet"ə istinadən məlumatına görə, ifaçı bu gün iş adamı Murad Özdəmirlə nikah masasına əyləşib.

İddia olunub ki, cütlük Dubaydakı Türkiyə səfirliyində sadə mərasimlə toy edib.

Qeyd edək ki, iki dəfə evli olan Muradın 3 övladı var. E.Gündeş isə 3 dəfə ailə qurub və boşanıb. Onun Alara adlı bir qızı var.