"Aşk-ı Memnu"nun aktyorları uzun aradan sonra - Foto

"Aşk-ı Memnu"nun aktyorları uzun aradan sonra - Foto
4717 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün türkiyəli aktrisa Beren Saatın 39 yaşı tamam olub.

Axşam.az xəbər verir ki, aktrisanın ad günündə onun sənət dostları da iştirak edib. Onlar arasında Berenlə "Aşk-ı Memnu" serialında birgə rol alan aktyor Selçuk Yöntem, aktrisa Hazal Kaya və ekran işinin rejissoru Hilal Saral yer alıb.

Fotonu Selcuk sosial media hesabında paylaşıb. 

Qeyd edək ki, "Aşk-ı Memnu" 2008-2010-ci illər ərzində yayımlanan məşhur seriallardandır. Ekran işində Selcuk "Adnan Ziyagil", Beren "Bihter", Hazal isə "Nihal" obrazlarına həyat verib.