Türkiyəli aktyor Səttar Tanrıöğenin səhhətindəki problemlər irəliləyib.
Axşam.az xəbər verir ki, keçirtdiyi beyin əməliyyatından sonra aktyorun yaddaşında problemlər yaranıb. Onun ara-ara bəzi şeyləri unutduğu, son rol aldığı serialla bağlı detalları və adları xatırlamadığı iddia olunub. Tanrıöğenin sağlamlığının zamanla pisləşəcəyi, əvvəlki həyatına geri dönməsi üçün uzun müddətə ehtiyac olduğu bildirilib.
Qeyd edək ki, sənətçi beyninə qan sızdığı, daha sonra isə beynində yaranan maye səbəbindən əməliyyat olunmuşdu.
Tanrıöğen buna görə son rol aldığı "Kızılcık şerbeti"nin aktyor heyətindən ayrılıb. Onun canlandırdığı "Abdullah" obrazını isə ekran işində aktyor Ahmet Mümtaz Taylan əvəzləyəcək.