"Atv" kanalında yayımlanan "Kardeşlerim" serialında rol alan Yiğit Koçak şəxsi həyatı barədə danışıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, o, ekran işində sevgilisi obrazına həyat verən Lizge Cömertlə gerçək həyatda sevgili olması ilə bağlı çıxan xəbərlərə münasibət bildirib:
"Lizge çox yaxın dostumdur. Dörd ildir ki, tərəf müqabilimdir, amma heç nə yoxdur. Hazırda həyatımda heç kim yoxdur, qəlbim boşdur".
Qeyd edək ki, cütlük ekran işində "Ömər" və "Süsən" obrazına həyat verir.