Eks-sevgilisi tərəfindən şiddətə məruz qaldığını açıqladı

Eks-sevgilisi tərəfindən şiddətə məruz qaldığını açıqladı
554 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli pianoçu İklim Tamkan eks-sevgilisi, aktyor Nuri Fırat Tanış tərəfindən şiddətə məruz qaldığını açıqlayıb.

Axşam.az xəbər verir ki, bu barədə o, sosial media hesabında paylaşım edib. İklim məhkəmə qərarı ilə uzaqlaşdıma əmri çıxdığını vurğulayıb:

"Fıratla ayrılıqdan sonra ailəmə və yaxınlarıma da təsir edən psixoloji şiddət, təhdid, təqiblərə qarşı uzaqlaşdırma qərarı çıxartmışam".

Qeyd edək ki, Fırat 2022-ci ilin fevralında keçmiş həyat yoldaşı Kübra ilə 8 illik evliliklərini bitirib.