Şahzadə Harrinin həyat yoldaşı Meqan Markl həyat yoldaşı olmadan istirahətə yollanıb.
Axşam.az xəbər verir ki, Susseks hersoginyası Solt Leyk Siti yaxınlığındakı xizək istirahət mərkəzində dincəlir. O, özü ilə rəfiqələri, model Kelli Makki Seyfen və iş xanımı Hizer Dorakı da götürüb.
"Ən yaxşı dostlarıma sonsuz minnətdaram. Nə səyahətdir. Təşəkkür edirəm. Səfərdən sonra ürəyimin hiss etdiklərini belə ifadə edə bilmərəm" deyə, Seyfen paylaşımında yazıb.
Meqan və Harri bu yaxınlarda bir neçə yeni layihəyə start verib.
