Xəbər verdiyimiz kimi, Paris Moda Həftəsi davam edir.
Axşam.az-ın məlumatına görə, yeni kolleksiyasını təqdim edənlər arasında dünyaca məşhur keçmiş futbolçu Devid Bekhemin həyat yoldaşı, modelyer Viktoriya Bekhem də olub. O, 2024-2025 payız-qış kolleksiyasının təqdimatından sonra podiuma çıxıb.
İdman edərkən ayağını sınan Viktoriya podiumda əsa ilə keçid edib.