Yuxusunda onu gördüyü üçün sevgilisindən ayrıldı

Yuxusunda onu gördüyü üçün sevgilisindən ayrıldı
1051 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerikalı məşhur müğənni Billi Ayliş yuxusunda aktyor Kristian Beyli gördükdən sonra sevgilisindən ayrılıb.

Axşam.az xəbər verir ki, sənətçi bu etirafı müsahibələrinin birində edib:

"Bir neçə il əvvəl Kristian Beyli yuxumda gördüm. O günəş şüalarının düşdüyü kiçik bir kafedə idi. Sonra anladım ki, sevgilimdən ayrılmalıyam. Ciddiyəm, oyandım və elə bil özümə gəldim".

Billi ayrıldığı şəxsin adını açıqlamasa da, onun 2022-ci ildə münasibətinə son qoyduğu aktyor-ssenarist Metyu Tayler Uortdan danışdığı ehtimal edilir.