İsraildən "Avroviziya"nın rədd cavabı verdiyi mahnı ilə bağlı qərar

İsraildən "Avroviziya"nın rədd cavabı verdiyi mahnı ilə bağlı qərar
547 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrail fikir ayrılığı fonunda "Avroviziya" üçün hazırladığı mahnını dəyişməyə hazırlaşır.

Axşam.az xəbər verir ki, ölkənin Kan radiostansiyasının məlumatına görə, yeni mahnı əvvəlki "Oktyabr yağışı" bəstəsi əsasında yaradılacaq və "Hurricane" adlanacaq.

 Bu, mahnının tərkibində siyasi komponent görən Avropa Yayım Birliyi (EBU) ilə fikir ayrılıqları fonunda yayılan bəyanatda deyilir.

“İsrail deleqasiyasının heyəti müsabiqəyə təqdim etdiyi iki mahnını diskvalifikasiya etmək istəyən Avroviziya Müşahidə Komitəsinin mövqeyi ilə razılaşmasa da, Prezident İsaak Hersoqun məsləhətinə əməl etmək qərara alıb” deyə, bəyanatda əks olunub.

Xatrıladaq ki, 20 yaşlı Eden Qolan ölkəni təmsil etmək üçün seçilib. O, müsabiqədə "Oktyabr yağışı" mahnısını oxumaq istəsə də müsabiqə təşkilatçıları buna imtina cavabı verib. Onlar "Dancing Forever" adlı başqa bir mahnı da rədd ediblər.

Daha əvvəl mahnının diskvalifikasiya ediləcəyi təqdirdə İsrailin "Avroviziya"ya yeni mahnı təqdim etməyəcəyi deyilsə də ölkə prezidenti yarışmada iştirakın vacib olduğunu bildirib.

Qeyd edək ki, bu il yarışma İsveçin Malmö şəhərində keçiriləcək. Birinci və ikinci yarımfinallar 7 və 9 may tarixlərində, final isə 11 may 2024-cü ildə planlaşdırılıb.