Çin telelviziyalarında tamamilə süni intellekt (AI) tərəfindən yaradılmış ilk cizgi filminin yayımına başlanılıb.
Axşam.az xəbər verir ki, bu barədə "South China Morning Post" məlumat yayıb.
"Qianqiu Shisong" (Minilliyin şeirləri) adlı animasiya layihəsi hər biri 7 dəqiqə davam edən 26 epizoddan ibarətdir. Süjet orta məktəblərdə təqdim olunan klassik Çin poeziyasından 200-dən çox şeirə əsaslanır.
Animasiya seriyası yaradılarkən mətni videoya çevirmək üçün müxtəlif süni intellekt alqoritmlərindən istifadə edilib.