Rəqs səhnələri gündəm olan "İnci taneleri" serialının çəkildiyi pavilyonlara turlar təşkil olunacaq.
Axşam.az xəbər verir ki, ən ucuz turun qiyməti 10 min lirədən (təqribən 539 manat) başlayır. Mart üçün artıq bütün yerlərin dolduğu. aprel üçün isə məhdud sayda qaldığı ortaya çıxıb.
Qeyd edək ki, serial yayımlanmazdan öncə təqdim olunan "Dilber" rəqsi sosial mediada gündəm olub. Baş rolunu Hazarın canlandırdığı "Dilber"in geyiminin satışları rekord həddə çatmış, həmçinin rəqs dərslərində ən çox istənilən performanslardan olub.
Ekran işində Yılmaz Erdoğan, Hazar Ergüçlü, Selma Ergeç, Kubilay Aka, Güven Kıraç və Yasemin Baştanın rol alır.