Bezos 3 ildən sonra Maskı geridə qoydu

Bezos 3 ildən sonra Maskı geridə qoydu
315 dəfə oxunub
  • A-
  • A
  • A+

Amerika onlayn pərakəndə satış şirkəti "Amazon"un sahibi Ceff Bezos dünyanın ən varlı insanları siyahısında yenidən liderlik edir.

Axşam.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat dərc edib.

O, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskı geridə qoyub. Belə ki, Bezosun sərvəti 200 milyard dollar, Maskın isə 198 milyard dollar təşkil edir.

Üçüncü yerdə 197 milyard dollar sərvətlə "LVMH" moda konqlomeratının sahibi Bernar Arno qərarlaşıb.

Dördüncü sırada "Meta"nın rəhbəri Mark Zukerberq yer alıb. Onun varidatı 179 milyard dollar təşkil edir.

Bill Qeyts 150 milyard dollar sərvəti ilə siyahıya beşinci sırada daxil ola bilib.

Qeyd edək ki, dünyanın ən varlı adamı titulu 2017-2020-ci illərdə Bezosa məxsus olub. 2021-ci ildə Mask ilk dəfə onu qabaqlayaraq siyahıya liderlik edib.

Belə ki, "Tesla" bu ilin ilk iki həftəsində bazar dəyərini 94 milyard dollar itirib.