Türkiyəli aktrisa Ceyda Düvenci atdığı çəkilərlə diqqət çəkib.
Axşam.az xəbər verir ki, aktrisa 1 ay yarım ərzində 6 kiloqram çəki atıb.
"Gündə 2 dəfə yemək yeyirəm. Ət yemirəm. Xəmir məmulatlarını demək olar ki, istehlak etmirəm. 64 kiloqramdan 58-ə düşmüşəm" deyə, Ceyda bildirib.
Qeyd edək ki, aktrisa hazırda "Sakla beni" serialında rol alır.