Qal Qadotın dördüncü övladı oldu - Foto

Qal Qadotın dördüncü övladı oldu - Foto
395 dəfə oxunub
  • A-
  • A
  • A+

İsrailli model və aktrisa Qal Qadotın dördüncü övladı dünyaya gəlib.

Axşam.az xəbər verir ki, bu barədə aktrisa sosial media hesabında paylaşım edib. Onun Ori adlı daha bir qızı olub. Aktrisa hamiləliyini gizli saxladığından uşaq dünyaya gəlməsi xəbəri pərəstişkarları üçün sürpriz olub.

"Şirin qızım, xoş gəldin. Bu hamiləlik asan olmadı, amma biz bunu bacardıq. İvrit dilində "mənim işığım" mənasını verən Ori adına uyğun olaraq həyatımıza işıq gətirdin. Ürəyimiz doludur. Təşəkkür edirəm. Qızlar evinə xoş gəldin. Bununla belə, atamız da olduqca məğrurdur” deyə, aktrisa paylaşımına yazıb.

Qeyd edək ki, 38 yaşlı aktrisa 47 yaşlı iş adamı Yaron Venzano ilə 2008-ci ildən ailəlidir. Cütlüyün 10 yaşlı Alma, 4 yaşlı Maya və 8 aylıq Daniella adlı üç qızı var.