Hadisə bu yolla formada qalır

Hadisə bu yolla formada qalır
1009 dəfə oxunub
  • A-
  • A
  • A+

Türkiyəli müğənni Hadisə formada qalma sirrini açıqlayıb.

Axşam.az xəbər verir ki, ifaçı gün ərzində iki dəfə yemək yediyini bildirib. Müğənni aralıq oruca bənzər diyeta proqramında istehlak etdiyi qidalara diqqət edir.

O, axşam saat 4-dən sonra yemək yeməməyə diqqət etdiyini vurğulayıb. Hadisə bunlarla yanaşı xüsusi qarışımla maddələr mübadiləsini sürətləndirir.

Belə ki, o, tərkibində ərik qurusu, cəfəri, yaşıl alma və darçın olan bu qarışım; içir. Bununla həzm prosesini qaydaya salır, qandakı şəkəri tarazlayır, aclıq böhranlarını aradan qaldırr. 

Hadisə həftədə yalnız bir gün özünü bir növ mükafatlandırır. Belə ki, o, həmin gün ərzində istədiyi qidaları istehlak edir.