Türkiyəli aktrisa Hande Erçel Hindistandadır.
Axşam.az xəbər verir ki, aktrisa Mumbaya səfəri zamanı aktyorluq bacarıqları ilə bağlı orada dərs verəcək.
Onun Hindistanda aktyorluq sənəti üzrə bilik və bacarıqlarını öyrətmək istəyi sosial media izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. İzləyicilər onun bu addımını lağa qoyublar.
Həmçinin, Türkiyədə yayımlanan "Söylemezsem olmaz" proqramının aparıcısı Yağmur Çevik bu barədə sosial media hesabında paylaşım edərək "Həmin tövsiyələri biz də eşidə bilərik?" deyə, yazıb.
