Hollivudda 2023-cü ildə ən çox qonorar alan aktyorun adı açıqlanıb.
Axşam.az xəbər verir ki, ötən il ən çox qazanan aktyor Adam Sandler olub. Məşhur komediyaçının il ərzində qazancı 73 milyon dollar təşkil edib. "Forbes" Sandlerin əsas gəlir mənbəyini "Netflix"lə uzunmüddətli əməkdaşlığı olaraq qiymətləndirib.
Sıralamada ikinci yeri ilin ən çox gəlir gətirən filmi “Barbi”nin ulduzu Marqot Robbi tutub. 2023-cü ildə o, 59 milyon dollar qazanıb.
Ən çox qazanan aktyorlar üçlüyünü Tom Kruz tamamlayıb. Onun il ərzində gəliri 45 milyon dollar təşkil edib.
Ümuni siyahı belədir:
Adam Sandler -73 milyon dollar
Marqot Robbi - 59 milyon dollar
Tom Kruz - 45 milyon dollar
Rayan Qoslinq və Mett Deymon - hər biri 43 milyon dollar.
Cennifer Eniston - 42 milyon dollar
Leonardo DiKaprio və Ceyson Stethem - hər biri 41 milyon dollar.
Ben Afflek - 38 milyon dollar
Denzel Vaşinqton - 24 milyon dollar