Həmin açıqlama balerinaya baha başa gəldi

Həmin açıqlama balerinaya baha başa gəldi
525 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyalı balerina İlze Liepayanın Litva vətəndaşlığı ləğv edilib.

Axşam.az xəbər verir ki, bununla bağlı Litva Prezidenti Gitanas Nauseda əmr imzalayıb. Buna səbəb İlzenin Rusiyada yaşaması və Rusiya hökumətini açıq şəkildə dəstəkləməsidir.

Qeyd edək ki, qalmaqala səbəb 2022-ci ildə yayımlanan, İlzenin “Empathy Manuchi” yutub kanalına verdiyi müsahibə olub. Orada balerina sovet abidələrinin söküldüyü Baltikyanı ölkələrini pisləyib və Ukraynada keçirilən hərbi əməliyyatı dəstəkləyib. 

Onun bu açıqlaması Litvada etirazlara səbəb olub və balerinanın cəzalandırması istənilib.