Dünyaca məşhur model Kayli Cenner aktyor sevgilisi Timoti Şalame ilə yenidən ayrılıb.
Axşam.az xəbər verir ki, iddiaların yaranmasına səbəb ikilinin bu ilin yanvarından bəri ictimaiyyət qarşısına çıxmamaları olub. Onlar son olaraq Qızıl Qlobusda birgə görüntülənib.
Qeyd edək ki, Timoti daha əvvəl “Victorias Secret”in modeli Sarah Talabi ilə münasibətdə idi. Kayli isə bir müddət əvvəl reper Travis Skottdan ayrılmışdı. Timoti ilə Kayli ötən ilin aprelində münasibətə başlasa da, bir müddət sonra ayrılıb yenidən barışmışdılar.