Heylidən boşanma xəbərlərinə reaksiya

Heylidən boşanma xəbərlərinə reaksiya
1034 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Castin Biberin model həyat yoldaşı Heyli Biber boşanacaqları haqda yayılan xəbərlərə cavab verib.

Axşam.az xəbər verir ki, model sosial şəbəkədə paylaşım edərək yayılan məlumatları yalanlayıb:

"TikTok-da gördüyüm bütün bu xəbərlər 100% yanlışdır. Sadəcə uydurublar... Onlar fantaziya və aldanış dünyasındandırlar. Bəziləri üçün belə hekayələr danışmaq əyləncəli ola bilər, ancaq bilin ki, həmişə yalan olur. Əyləncənizi pozduğum üçün üzr istəyirəm".