Verilişində qonaq olan Nazan Kesala "İnşallah bu serialda qalar və qapı-qapı gəzmək lazım deyil" dedikdən sonra tənqid edilən Ceyda Düvenci susqunluğunu pozub.
Axşam.az xəbər verir ki, səhv başa düşüldüyünü bildirən Düvenci yazılanlara belə cavab verib:
"Qınadığınız sözlər mənim deyil, sosial mediada Nazana edilən aqressiv şərhlər idi. Bunu qadınların qadınlara qarşı zorakılıqlarından biri kimi göstərməyə çalışdılar. Nazan Kesal əzizdir.
İş qrafikimdən dolayı verilişdən edilən montaj zamanı haqqımda deyilən əsassız şərhləri görmədim. Bunu görəndə nə olduğuna inana bilmədim. Oxudum. Amma bunu bütün verilişə baxa bilməyən, əslində maqazin mütəxəssisi olmayan, biliyi olmadan fikir söyləyib həyəcanlananlar yaradır".
Ceyda bildirib ki, onu daha çox qadınların təhqir etməsinə üzülüb:
"Daha səssiz qala bilmədim, qınananlar mənim deyildi, sosial şəbəkədə Nazana edilən aqressiv şərhlərə aid idilər. Biz əslində bunu qınayanlara güldük. Amma baxmayanlar verilişi boş qoyaraq dolu saxlamağa çalışdılar. Bu açıqlamanı yalnız ona görə verdim: şərhlər qadının qadına təhqiri idi".
Qeyd edək ki, verilişdə Kesalın yeni işi Yan Odadan danışan Ceyda Düvenci "Səni bir çox işdə görmək istəyirəm. Çörəyinizi də, sizi də çox sevirəm. Amma inşallah bu işdə dörd il burada qalarsınız və qapı=qapı gəzməzsiniz" deyib. Bu sözlərinə görə, Ceyda sosial mediada tənqid atəşinə tutulub.
Ceyda Düvencinin açıqlamasından əvvəl paylaşım edən Nazan Kesal "Ömür qısadır, quşlar uçur. Kimsə mənə hörmətsizlik etmədi. Linç pisdir. Həmişə mehriban olun. Ceyda da şirindir" deyib.