"Oskar"da plagiat qalmaqalı

"Oskar"da plagiat qalmaqalı
295 dəfə oxunub
  • A-
  • A
  • A+

“Luka” və “Peddinqtonun sərgüzəştləri 2” cizgi-filmlərinin ssenari müəllifi Saymon Stivenson beş nominasiya üzrə “Oskar”a namizəd olmuş “Geridəqalanlar” ekran işinin müəlliflərini plagiatda ittiham edib.

Axşam.az xəbər verir ki, bu barədə "Variety" məlumat yayıb.

Stivensonun sözlərinə görə, sözügedən ekran işinin yaradıcıları onun 2013-cü ildə yazılan “Frisco” adlı ssenarisini demək olar ki, tamamilə götürüblər. Bir vaxtlar bu əsər rədd edilib, lakin mətn Hollivudun ən yaxşı reallaşdırılmamış ssenariləri siyahısında üçüncü yeri tutub.

Maraqlıdır ki, “Geridəqalanlar” filmi "Oskar"da "Ən yaxşı orijinal ssenari" nominasiyasına namizəd olub. 

Stivenson artıq bu barədə Amerika Yazıçılar Birliyinə şikayət edib. Ona məhkəməyə müraciət etmək tövsiyə olunub.

"Geridəqalanlar" filminin yaradıcıları Devid Heminqson və Aleksander Payne hələlik məsələ ilə bağlı şərh verməyiblər.