Stiv Cobsla İlon Maskın imzaları hərraca çıxarıldı

Stiv Cobsla İlon Maskın imzaları hərraca çıxarıldı
297 dəfə oxunub
  • A-
  • A
  • A+

"Apple" şirkətinin mərhum qurucusu Stiv Cobsla “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu, "X" sosial şəbəkəsinin sahibi İlon Maskın imzaları hərraca çıxarılıb.

Axşam.az xəbər verir ki, söhbət S.Cobsun imzası olan kino bileti və İ.Maskın imzalı "SpaceX" vizit kartından gedir. Hərrac martın 21-dək davam edəcək.

Cobsun imzası 8 min dollara, Maskınkı isə 2500 dollardan satışa çıxarılıb. Hərrac martın 21-dək davam edəcək.

Qeyd edək ki, Cobsun imzası "Karib dənizinin quldurları: Qara mirvarinin lənəti" filminin biletində əks olunub. Belə ki, pərəstişkarlarından biri Cobsdan imza almaq üçün ekran işinin sonuna qədər gözləyib. O, əlində başqa kağız olmadığı üçün bileti imzalayıb.