"Bahar"ın finalı ifşa olundu

"Bahar"ın finalı ifşa olundu
3618 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Demet Evqarın baş rolunu canlandırdı "Bahar" serialı son günlər hər bölümü ilə reytinqdə birinci olan ekran işləri sırasındadır. 

Axşam.az xəbər verir ki, türk mediası serialın finalı ilə bağlı məqalə dərc edib. Bildirilib ki, "Bahar"ın ssenarisi Cənubi Koreyanın məşhur "Doctor Cha" serialından götürülüb. 

"Netflix"də yayımlanan ekran işi ötən ilin aprelində tamaşaçıların ixtiyarına verilib və 16 seriyadan ibarətdir. Hətta serialda səhnələrin eyni olması sosial şəbəkədə müzakirələrə səbəb olub. Ekran işləri arasında yeganə fərq qayınana obrazının "Doctor Cha"da olmamasıdır.

İzləyicilər "Bahar"ın finalında ssenaridə dəyişiklik edilib, edilməyəcəyini müzakirə ediblər. Edilməzsə, ekran işinin sonunu bilmək istəyənlərə "Doctor Cha" baxmaq məsləhət görülüb. 

Qeyd edək ki, serialda eyni zamanda Mehmet Yılmaz Ak və Buğra Gülsoy da çəkilir.