Middltonun qalmaqala səbəb olan bu fotosu internetdən yığışdırıldı

Middltonun qalmaqala səbəb olan bu fotosu internetdən yığışdırıldı
1238 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Kensinqton sarayı İngiltərədə Analar günündə Keyt Middlton və üç övladının uzun müddətdən sonra ilk şəklini yayımlayıb.

Axşam.az xəbər verir ki, şəkil qalmaqala səbəb olub. Sosial şəbəkə istifadəçiləri şahzadəni fotoşopdan istifadə etdiyi üçün tənqid atəşinə tutublar. 

Keyt daha sonra pərəstişkarlarından üzr istəyib və bunu onun icazəsi olmadan etdiklərini vurğulayıb. Qısa zamanda fotonun internetdən yığışdırılmasına çalışılıb. Amma bir çox mənbələrdə şəkil olduğu kimi qalıb. Bununla belə, hay-küy səngiməyib. Dünya tabloidləri fotonun hər bir detalını müzakirə etməyə davam edib.

Şahzadənin dostu etiraf edib ki, Keyt Middlton nəşrin yaratdığı bütün hay-küydən hədsiz əsəbidir. "The Mirror" bununla bağlı Keytin rəfiqəsindən açıqlama alıb. O qeyd edib ki, fotonun paylaşılmasında səbəb Middltonun əməliyyatdan sonra özünü yaxşı hiss etməsini vurğulamaq olub.