Gökhan Özen ağır xəstədir

Gökhan Özen ağır xəstədir
2677 dəfə oxunub
  • A-
  • A
  • A+

44 yaşlı Gökhan Özenin səhhətində problem yaranıb. 

Axşam.az xəbər verir ki, bu haqda ifaçı özü paylaşım edib. O bildirib ki, ciddi infeksiyadan əziyyət çəkir. Müğənni İzmir konsertindən sonra çox ciddi infeksiyaya yoluxduğunu və həkiminin ona heç kimlə təmasda olmamaq barədə xəbərdarlıq etdiyini deyib:

"3 gündür vəziyyətim ağırdır. Həkim mənə qadağa qoyub. Heç kimlə təmasda ola bilmərəm. Həkimlər infeksiyanı təmas zamanı qapdığımı deyir. Sevənlərimlə foto çəkdirməyi hər zaman sevərək edirdim. Amma uzun müddət bunu edə bilməyəcəyəm".

Qeyd edək ki, sənətçi uzun illər Los-Ancelesdə yaşayıb. Müğənni 7 ildən sonra Türkiyəyə qayıdıb.