Fərhat Göçer onu məhkəməyə verir

Fərhat Göçer onu məhkəməyə verir
450 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Fərhat Göçer rejissor Nuri Bilge Ceylanı məhkəməyə verib.

Axşam.az xəbər verir ki, buna səbəb Nuri Bilge Ceylanın Merve Dizdara "Oskar" qazandıran "Kuru otlar üste" filmində "Son aşkım" mahnısından icazəsiz istifadə etməsi olub.

Göçer "Bunu dostlarımdan sonra öyrəndim. Filmə baxan dostlarım bu haqda danışdı. Mən də təəccübləndim. Film çox gözəldir, bununla fəxr edirəm. Məndən xahiş edilsəydi, onsuz da heç nə istəməzdim. Nuri Bilgə kimi bir ustad bilməlidir ki, beş saniyə, beş dəqiqə də olsa əsərin sahibindən icazə alınmalıdır. Bu dəfə bağışlayıram və məmnuniyyətlə icazə verirərm" deyə, ilk açıqlamasında söyləyib.

İfaçı daha sonra rejissorun onunla yenə əlaqə saxlamadığını deyərək məhkəməyə müraciət edəcəyini bildirib:

"Deyirəm ki, bu zalım telefona cavab verməsə, məhkəməyə verim. Vəkildən soruşdum, dedi ki, 10 min dollar təzminat ala bilərəm. Qazandığım pulu 100 dollar, 100 dollar izləyicilərimə paylayacağam".